Endirimli PUBG UC — Prime və Prime Plus abunəsi

Ən ucuz UC yolu: Prime və ya Prime Plus abunəsini oyunçu ID-nə aktivləşdir — UC-nin bir hissəsi dərhal, qalanı hər gün hesabına gəlir. Şifrə istənmir.

1,91 ₼-dan ~30 saniyədə hesabında Şifrə istənmir Dəstək 11:00–00:00

Məhsullar

(8 variant)
PUBG Mobile UC — bütün üsullarBütün üsulların qiymətlərini yan-yana müqayisə et
4.9
14 dəyərləndirmə
Yalnız real alıcılar
513
41
30
20
10

Necə işləyir?

Endirimli UC PUBG Mobile-ın rəsmi Prime və Prime Plus abunələridir. Adi UC paketindən fərqli olaraq UC bir dəfəyə yox, iki hissədə gəlir: bir hissəsi aktivləşən kimi hesabına düşür, qalanını abunə müddətində oyunda hər gün toplayırsan. Nəticədə eyni UC adi paketlərdən xeyli ucuz başa gəlir.

Ən ucuz paket
Prime 1 aylıq — 150 UC
Lazımdır
Yalnız oyunçu ID
Aktivləşmə
Avtomatik, 7/24
Gündəlik UC
Prime 3 UC, Prime Plus 8 UC

Prime və Prime Plus — hansı paketdə nə qədər UC gəlir?

Prime gündə 3 UC, Prime Plus gündə 8 UC verir. Prime Plus-a əlavə olaraq RP xalları, endirim kuponları və xüsusi mükafatlar da daxildir.

PaketDərhalGündəlik (cəmi)ÜmumiQiymət
Prime 1 ay60 UC90 UC150 UC1,91 ₼
Prime 3 ay180 UC270 UC450 UC5,02 ₼
Prime 6 ay360 UC540 UC900 UC10,47 ₼
Prime 12 ay720 UC1080 UC1800 UC20,06 ₼
Prime Plus 1 ay660 UC240 UC900 UC17,15 ₼
Prime Plus 3 ay1980 UC720 UC2700 UC49,99 ₼
Prime Plus 6 ay3960 UC1440 UC5400 UC99,92 ₼
Prime Plus 12 ay7920 UC2880 UC10800 UC199,70 ₼

Endirimli UC necə alınır və aktivləşir?

  1. 1Paketi seç: Prime və ya Prime Plus, 1, 3, 6 və ya 12 aylıq — «İndi al» düyməsinə bas.
  2. 2ID-ni yaz: oyunda sol yuxarıda profil şəklinə toxun, adının altındakı rəqəmləri kopyala və sifarişdə yapışdır — hesab adın avtomatik göstərilir.
  3. 3Ödə: balans, bank kartı və ya Birbank QR ilə ödənişi tamamla — abunə avtomatik aktivləşir.
  4. 4UC-ni topla: dərhal gələn UC hesabına düşür, gündəlik UC-ni isə oyunda Prime bölməsindən hər gün bir dəfə götür.

Gündəlik UC necə toplanır?

Abunə aktivləşəndən sonra oyuna gir və mağazada Prime (abunə) bölməsini aç — o günün UC-si orada toplanmağa hazırdır. Hər gün bir dəfə daxil olub götürmək lazımdır: götürülməyən günün UC-si yığılmaya bilər. Ona görə abunə hər gün oynayanlar üçün ən sərfəlidir.

Endirimli UC kimə sərfəlidir?

PUBG Mobile-a hər gün girirsənsə, Prime ən ucuz UC yoludur: 1 aylıq Prime cəmi 1,91 ₼-a 150 UC verir. Çox UC lazımdırsa, Prime Plus seç — 1 ayda 900 UC, onun 660-ı dərhal gəlir. Bir dəfəyə böyük məbləğ lazımdırsa və hər gün oynamırsansa, adi «ID ilə UC» paketləri daha rahatdır.

Tez-tez verilən suallar

PUBG Mobile-ın rəsmi Prime və Prime Plus abunələridir. UC-nin bir hissəsi dərhal, qalanı abunə müddətində hər gün gəlir, ona görə bir UC adi paketlərdən ucuz başa gəlir.

Sualın qaldı?