Məxfilik siyasəti
Məlumatlarını necə toplayır, istifadə edir və qoruyuruq
Şəxsi məlumatlar kommersiya məqsədilə üçüncü şəxslərə verilmir
Texniki və təşkilati təhlükəsizlik tədbirləri
Yalnız sayt üzərindəki əməliyyatlar qeydə alınır
Aksiya bildirişlərini istədiyin vaxt söndür
1.Ümumi müddəalar
1.1. Bu Məxfilik siyasəti DOLPHGAME.AZ MMC-nin ("Platforma", "biz") idarə etdiyi dolphgame.com saytından istifadə edən şəxslərin ("Müştəri") fərdi məlumatlarının hansı məqsədlə toplandığını, necə emal edildiyini, saxlanıldığını və qorunduğunu müəyyən edir.
1.2. Fərdi məlumatların emalı Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" və "Elektron ticarət haqqında" qanunlarına uyğun həyata keçirilir.
1.3. Qeydiyyatdan keçməklə və ya saytdan istifadə etməklə Müştəri bu siyasətdə göstərilən qaydada fərdi məlumatlarının emalına razılıq verir.
2.Toplanan məlumatlar
Şəxsi məlumatlar
Qeydiyyatdan keçdikdə və saytdan istifadə etdikdə:
- ad və soyad;
- e-poçt ünvanı və mobil nömrə;
- rəqəmsal abunəlik sifarişlərində hesab məlumatlarının göndərilməsi üçün Müştərinin göstərdiyi WhatsApp nömrəsi;
- dolphgame.com üzərindən edilən ödəniş və sifariş əməliyyatları (bank kartının məlumatları sayt tərəfindən saxlanmır);
- sizin könüllü təqdim etdiyiniz digər məlumatlar.
Texniki məlumatlar
- IP ünvanı, cihaz və brauzer məlumatları;
- baxılan səhifələr, əməliyyat tarixçəsi, giriş və istifadə vaxtları;
- cookie-lər və analitik məlumatlar.
3.Məlumatlar necə istifadə olunur
- Xidmət göstərmək üçün — saytın işləməsi, sifarişlərin icrası və müştəri dəstəyi.
- Təkmilləşdirmə üçün — saytın performansını artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə anonim təhlil.
- Abunəlik xatırlatmaları üçün — abunəliyin müddəti bitəndə Müştəriyə e-poçt və ya WhatsApp vasitəsilə xatırlatma göndərmək.
- Bildirişlər üçün — yeniliklər, aksiyalar və endirimlər barədə e-poçt, telefon və ya WhatsApp ilə məlumat. Bu bildirişlərdən istədiyiniz vaxt imtina edə bilərsiniz.
- Qanuni tələblər üçün — yalnız qanunla tələb olunduqda aidiyyəti qurumlara.
4.Məlumatların paylaşılması
Məlumatlarınız yalnız bu hallarda üçüncü şəxslərlə paylaşıla bilər:
- xidmətin göstərilməsi üçün zəruri olduqda — ödəniş sistemləri, banklar və canlı çat kimi xidmət təminatçıları ilə, yalnız lazım olan həcmdə;
- saytın istifadəsini təhlil edib təkmilləşdirmək üçün;
- qanunla tələb olunduqda.
5.Məlumatların təhlükəsizliyi
Məlumatlarınızı icazəsiz girişdən qorumaq üçün texniki və təşkilati tədbirlər görülür. Bununla belə, internet üzərindən heç bir ötürmənin tam təhlükəsiz olmadığını nəzərə alın: şifrənizi heç kimlə paylaşmayın və yalnız rəsmi dolphgame.com saytından istifadə edin.
6.Emalın hüquqi əsasları
Fərdi məlumatlar aşağıdakı əsaslarla emal olunur:
- Müştəri ilə bağlanmış müqavilənin (sifarişin) icrası;
- Müştərinin razılığı (məsələn, aksiya bildirişləri üçün);
- qanunvericiliyin tələbləri — o cümlədən cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə, vergi və mühasibat uçotu;
- Platformanın qanuni maraqları — fırıldaqçılığın qarşısının alınması və saytın təhlükəsizliyi.
7.Yoxlama üçün təqdim edilən sənədlər
Yüksək məbləğli alışlarda (Müştərinin kimliyini və 18 yaşdan kiçik olmadığını təsdiqləmək üçün — İstifadə şərtləri, 3.3), geri qaytarma və ya şübhəli əməliyyatın yoxlanılması zamanı Müştəridən şəxsiyyət vəsiqəsi, kartın Müştəriyə məxsus olduğunu təsdiq edən sübut (kartın yalnız son 4 rəqəmi görünən şəkli və ya bank çıxarışı) və ödəniş qəbzi tələb oluna bilər (Geri qaytarma siyasəti, 6-cı bənd).
- Bu sənədlər yalnız yoxlama məqsədilə istifadə olunur və üçüncü şəxslərə verilmir, qanunla tələb olunan hallar istisna olmaqla.
- Kartın tam nömrəsini, CVV kodunu və ya SMS təsdiq kodlarını heç vaxt göndərməyin — Platforma bunları heç bir halda tələb etmir.
8.Məlumatların saxlanma müddəti
- Hesab məlumatları hesab aktiv olduğu müddətdə saxlanılır.
- Sifariş və ödəniş qeydləri qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (mühasibat uçotu və maliyyə monitorinqi tələblərinə uyğun) saxlanılır.
- Saxlanma müddəti başa çatdıqdan sonra məlumatlar silinir və ya şəxsiyyəti müəyyən etməyə imkan verməyən formaya salınır.
9.Müştərinin hüquqları
Müştəri qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:
- barəsində hansı məlumatların emal olunduğunu öyrənmək;
- yanlış və ya köhnəlmiş məlumatların düzəldilməsini tələb etmək (əksəriyyətini hesab ayarlarından özü dəyişə bilər);
- aksiya bildirişlərindən imtina etmək;
- hesabının və fərdi məlumatlarının silinməsini tələb etmək — qanunla saxlanılması tələb olunan qeydlər istisna olmaqla.
Bu hüquqlardan istifadə üçün saytın canlı çatına və ya aşağıda göstərilən e-poçt ünvanına müraciət edin.
10.Azyaşlıların məlumatları
18 yaşından aşağı şəxslər saytdan yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin icazəsi ilə istifadə edə bilər. Valideyn icazəsi olmadan azyaşlının məlumatlarının təqdim edildiyi məlum olarsa, valideyn həmin məlumatların silinməsini tələb edə bilər.
12.Siyasətə dəyişikliklər
Bu siyasət vaxtaşırı yenilənə bilər. Yeniliklərdən xəbərdar olmaq üçün səhifəni mütəmadi yoxlamağınız tövsiyə olunur. Saytdan istifadə qaydaları üçün İstifadə şərtləri səhifəsinə baxın.
Sualın qaldı?
Sağ aşağı küncdəki canlı çatda bizə yaz — dəstək komandamız hər gün 11:00–00:00 arası cavab verir.

