İstifadə şərtləri
dolphgame.com-dan istifadə, sifariş və ödəniş qaydaları
Azyaşlılar yalnız valideyn icazəsi ilə alış edə bilər
Səhv ID və ya hesab məlumatına görə məsuliyyət müştəridədir
Avtomatik məhsullar ~30 saniyəyə hesabında
Sayt isə 7/24 işləyir
1.Ümumi müddəalar
1.1. Bu İstifadə şərtləri ("Şərtlər") DOLPHGAME.AZ MMC ("Platforma", "biz") ilə dolphgame.com saytından istifadə edən şəxs ("Müştəri", "siz") arasında elektron qaydada bağlanan müqavilənin şərtlərini müəyyən edir.
1.2. Şərtlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Elektron ticarət haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunlara uyğun hazırlanıb.
1.3. Saytdan istifadə etməklə, qeydiyyatdan keçməklə və ya sifariş verməklə Müştəri bu Şərtləri, Məxfilik siyasətini və Geri qaytarma siyasətini tam həcmdə qəbul etmiş sayılır. Şərtlərlə razı olmayan şəxs saytdan istifadə etməməlidir.
2.Anlayışlar
- Sayt — dolphgame.com ünvanında yerləşən internet platforması.
- Müştəri — saytda qeydiyyatdan keçmiş və ya sifariş verən fiziki şəxs.
- Rəqəmsal məhsul — oyun valyutası, e-pin / aktivləşdirmə kodu, abunəlik, hesab daxili xidmət və elektron formada çatdırılan digər məhsul.
- Hesab balansı — Müştərinin saytdakı hesabına yüklədiyi və sifarişlər üçün istifadə etdiyi vəsait.
- Bonus — Platformanın həvəsləndirmə məqsədilə verdiyi və bu Şərtlərə uyğun balansa çevrilə bilən xal.
- Referal balansı — dəvət etdiyi müştərilərin sifarişlərinə görə Müştəriyə hesablanan qazanc.
3.Yaş məhdudiyyəti
3.1. 18 yaşından aşağı şəxslər saytda yalnız valideynlərinin və ya digər qanuni nümayəndələrinin icazəsi ilə alış-veriş edə bilər.
3.2. Azyaşlının valideyn icazəsi olmadan verdiyi sifarişlərə görə Platforma məsuliyyət daşımır. Belə sifarişlərin ödənişi üçün məsuliyyət onun qanuni nümayəndəsinin üzərinədir.
3.3. Yüksək məbləğli alışlarda, həmçinin qısa müddətdə çoxlu və ya qeyri-adi sifarişlər edildikdə Platforma Müştəridən şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) tələb edə bilər. Bu yoxlama Müştərinin kimliyini və 18 yaşdan kiçik olmadığını təsdiqləmək, habelə ödənişin Müştəriyə məxsus vəsaitlə edildiyinə əmin olmaq məqsədi daşıyır.
3.4. Sənəd təqdim edilənə qədər Platforma müvafiq sifarişin icrasını dayandıra bilər. Sənəd təqdim edilmədikdə və ya Müştərinin 18 yaşdan kiçik olduğu (valideyn icazəsi olmadan) müəyyən edildikdə sifariş ləğv edilir və ödənilmiş məbləğ Geri qaytarma siyasətinə uyğun ödəniş mənbəyinə qaytarılır (Müştəri 18 yaşdan kiçikdirsə — 3.5-ci bəndə uyğun olaraq).
3.5. Müştərinin 18 yaşdan kiçik olduğu müəyyən edildikdə onun hesab balansında olan vəsait yalnız onun qanuni nümayəndəsinə (valideyninə, övladlığa götürənə və ya qəyyumuna) geri qaytarılır. Bunun üçün qanuni nümayəndə öz şəxsiyyətini və azyaşlı ilə qanuni əlaqəsini təsdiq edən sənədləri (məsələn, doğum haqqında şəhadətnamə) təqdim etməlidir. Vəsait azyaşlının özünə və ya üçüncü şəxsə qaytarılmır.
4.Hesab və təhlükəsizlik
4.1. Qeydiyyat zamanı Müştəri ad, soyad, e-poçt ünvanı və mobil nömrəsini düzgün göstərməlidir. Bir şəxs yalnız bir hesab yarada bilər.
4.2. Mobil nömrənin təsdiqi məcburidir — bu, hesabı qoruyur və geri qaytarma proseslərində istifadə olunur.
4.3. Müştəri şifrəsinin məxfiliyinə cavabdehdir: şifrəni heç kimlə paylaşmamalı, güclü şifrə seçməli (ən az 8 simvol) və yalnız rəsmi dolphgame.com saytından istifadə etməlidir. Hesabda edilən bütün əməliyyatlar hesab sahibi tərəfindən edilmiş sayılır.
4.4. Hesaba icazəsiz giriş şübhəsi yarandıqda Müştəri dərhal Platformaya məlumat verməlidir.
5.Hesabın məhdudlaşdırılması və bloklanması
5.1. Platforma aşağıdakı hallarda Müştərinin hesabını xəbərdarlıq etməklə və ya etmədən müvəqqəti məhdudlaşdırmaq, bloklamaq, şübhəli əməliyyatları dayandırmaq hüququna malikdir:
- başqasına məxsus və ya oğurlanmış kartla ödəniş edilməsi, fırıldaqçılıq şübhəsi;
- vəsaitin qanunsuz mənbədən olması və ya pulların yuyulması şübhəsi;
- bonus və ya referal proqramından sui-istifadə (çoxlu hesab yaratmaq, özünü dəvət etmək və s.);
- uğurla çatdırılmış sifariş üzrə əsassız chargeback (bank vasitəsilə ödənişin geri çağırılması);
- saytın işinə müdaxilə, saxta məlumat təqdim etmək və ya bu Şərtlərin digər kobud pozuntusu.
5.2. Sui-istifadə yolu ilə əldə edilmiş bonuslar, referal qazancı və onlardan çevrilmiş məbləğlər ləğv edilə bilər.
6.Sifariş və Müştərinin məsuliyyəti
6.1. Müştəri məhsul səhifəsindəki təsviri, region, cihaz və hesab tələblərini sifarişdən əvvəl oxumalıdır.
6.2. Sifariş zamanı daxil edilən oyunçu ID-si, hesab və digər məlumatların düzgünlüyünə Müştəri cavabdehdir. Səhv məlumat daxil edildikdə və məhsul həmin məlumata çatdırıldıqda məsuliyyəti Müştəri daşıyır.
6.3. Hesab daxilində icra olunan xidmətlərdə Müştərinin təqdim etdiyi giriş məlumatları yalnız sifarişin icrası üçün istifadə olunur. Xidmət başa çatdıqdan sonra Müştəriyə şifrəsini dəyişmək tövsiyə olunur.
6.4. Platformanın təqdim etdiyi rəsmi ödəniş üsullarından kənar, başqa hesablara edilən ödənişlərə görə Platforma məsuliyyət daşımır. Ödəniş qəbzlərini üçüncü şəxslərlə paylaşmaq qadağandır.
7.Qiymətlər və ödəniş
7.1. Qiymətlər Azərbaycan manatı (AZN) ilə göstərilir. Platforma qiymətləri əvvəlcədən xəbərdarlıq etmədən dəyişə bilər; sifarişə onun verildiyi andakı qiymət tətbiq olunur.
7.2. Ödəniş bank kartı (Visa / Mastercard), Birbank QR, MilliÖN, eManat, Expresspay terminalları, m10 tətbiqi, qəbz ilə (saytda göstərilən karta köçürmə) və hesab balansı ilə edilə bilər. Balans artırılması zamanı tətbiq olunan komissiyalar:
- qəbz ilə ödəniş — 0%. Müştəri saytın «Balans artır» səhifəsində göstərilən bank kartına kartdan karta köçürmə və ya terminal vasitəsilə pul köçürür, əldə etdiyi qəbzi (elektron qəbz və ya kağız qəbzin şəkli) sayta yükləyir. Platforma əməkdaşları ödənişi yoxlayıb təsdiqlədikdən sonra (hər gün 11:00–00:00) balans artırılır;
- terminal və ya m10 ilə müştəri kodu vasitəsilə ödəniş — 3%. Terminalda «Əyləncə» bölməsindən DolphGame seçilir və saytda göstərilən müştəri kodu yazılır (m10 tətbiqində də eyni qayda ilə). Bu ödəniş avtomatikdir, təsdiq tələb etmir: komissiya çıxıldıqdan sonra qalan məbləğ balansa dərhal yazılır;
- Birbank QR ilə ödəniş — 1,5%;
- bank kartı ilə onlayn ödəniş — FPay vasitəsilə 2,8%, Epoint vasitəsilə 3%;
- hesab balansı ilə sifariş ödənişi — 0%.
Komissiya ödəniş səhifəsində ödənişdən əvvəl göstərilir.
7.2.1. Qəbz ilə ödənişdə Müştərinin balansına Platformanın kartına faktiki daxil olmuş məbləğ yazılır. Köçürməni həyata keçirən bank, terminal və ya ödəniş xidməti öz xidmət haqqını tutursa (məsələn, eManat terminalından Kapital Bank kartına köçürmə zamanı), həmin haqq çıxıldıqdan sonra karta daxil olan məbləğ balansa yazılır. Bu haqq Platforma tərəfindən tutulmur və geri qaytarılmır. Qəbz ilə terminaldan komissiyasız ödəmək üçün MilliÖN terminalından istifadə etmək tövsiyə olunur.
7.3. Ödəniş təsdiqlənmədikdə Müştəri saytın sağ aşağı küncündəki canlı çatda dəstəyə müraciət etməlidir.
7.4. Terminal vasitəsilə ödənişdə Müştəri qəbzi saxlamalıdır. Qəbz təqdim edilmədikdə Platforma ödənişin qeydə alınmasına zəmanət vermir.
8.Çatdırılma
8.1. Təchizatçı ilə API vasitəsilə avtomatik bağlı olan məhsullar — oyunçu ID ilə yüklənən oyun valyutaları (məs. PUBG Mobile, Free Fire, Mobile Legends), e-pin kodları və hədiyyə kartları — ödənişdən sonra adətən ~30 saniyə ərzində, 7/24 çatdırılır. Məhsulun avtomatik olub-olmaması onun səhifəsində göstərilir.
8.2. Hesab daxilində icra olunan bəzi məhsullar və manual xidmətlər iş saatlarında (hər gün 11:00–00:00) növbəyə görə, adətən 1–24 saat ərzində həyata keçirilir.
8.3. Rəqəmsal abunəliklərdə hesab məlumatları Müştərinin e-poçt ünvanına və ya sifariş zamanı Müştəridən istənilən WhatsApp nömrəsinə göndərilə bilər. Müştəri göstərdiyi nömrənin ona məxsus olduğuna və düzgünlüyünə cavabdehdir.
8.4. Göstərilən WhatsApp nömrəsi Platformada saxlanılır və abunəliyin müddətinin bitməsi barədə xatırlatma, həmçinin kampaniya və təkliflər barədə məlumat göndərmək üçün istifadə oluna bilər. Müştəri belə mesajlardan istənilən vaxt imtina edə bilər (Məxfilik siyasəti).
8.5. Məhsul çatdırılmadıqda Müştəri sifariş nömrəsi ilə canlı çatda dəstəyə müraciət etməlidir. Problem Platformanın səhvidirsə və 24 saat ərzində həll olunmursa, məbləğ Geri qaytarma siyasətinə uyğun komissiyasız qaytarılır.
9.Bonuslar və referal proqramı
Bonusların qazanılması
9.1. Qeydiyyatdan keçən hər Müştəriyə 3 bonus, referal linki və ya kodu ilə qeydiyyatdan keçənə 4 bonus verilir.
9.2. Hər məhsulun səhifəsində onun üçün Platformanın təyin etdiyi bonus göstərilir; sifariş uğurla tamamlandıqda həmin bonus Müştərinin hesabına yazılır. Balans artırılmasına hazırda bonus verilmir.
Bonusların balansa çevrilməsi
9.3. Bonuslar Bonuslarım səhifəsindən 100 bonus = 1 AZN nisbətində hesab balansına çevrilir. Çevirmək üçün ən azı 100 bonus lazımdır; 100-dən çox bonusun hamısı birdəfəyə çevrilə bilər (məsələn, 110 bonus = 1,10 AZN).
9.4. Bonuslar başqa hesaba ötürülmür və nağd pula çevrilmir. Bonusdan çevrilmiş məbləğ saytda sifarişlər üçün istifadə olunur.
9.4.1. Bonusların qüvvədə olma müddəti: qeydiyyat zamanı verilən xoş gəldin bonusu hesaba yazıldığı gündən 90 (doxsan) gün, sifarişlərdən qazanılan bonuslar isə 365 (üç yüz altmış beş) gün aktiv qalır. Bu müddət ərzində istifadə edilməyən (balansa çevrilməyən) bonuslar avtomatik silinir və bərpa olunmur. Bonusdan artıq balansa çevrilmiş məbləğə bu müddət tətbiq edilmir.
Referal proqramı
9.5. Hər Müştərinin şəxsi referal kodu və linki var — onu Referal səhifəsindən paylaşa bilər.
9.6. Dəvət olunan Müştəri qeydiyyatda 4 bonus alır və ilk 5 sifarişindən adi müştəridən daha çox bonus qazanır. Dəvət edən Müştəri dəvət etdiyi şəxsin sifarişlərindən qazanır, qazanc referal balansına yazılır.
9.7. Dəqiq faizlər və limitlər Müştərinin Referal səhifəsində göstərilir. Sifarişdə neçə məhsul olmasından asılı olmayaraq o 1 sifariş sayılır. Platforma bonus və referal proqramının şərtlərini dəyişə və ya proqramı dayandıra bilər; artıq hesablanmış bonuslar qorunur.
10.Geri qaytarma
10.1. Uğurla çatdırılmış rəqəmsal məhsul geri qaytarılmır. Platformanın səhvi ilə icra olunmayan sifarişlər, həmçinin balansın Müştərinin istəyi ilə qaytarılması şərtləri, xidmət haqqı, yoxlama prosesi və müddətlər Geri qaytarma siyasətində müəyyən edilib.
11.Əqli mülkiyyət və üçüncü tərəf brendləri
11.1. Saytda göstərilən oyun, xidmət və brend adları, loqolar və şəkillər onların müvafiq sahiblərinə məxsusdur və yalnız məhsulu tanıtmaq məqsədilə istifadə olunur. Platforma bu şirkətlərin rəsmi nümayəndəsi olduğunu iddia etmir, əgər məhsul səhifəsində başqa cür göstərilməyibsə.
11.2. Saytın dizaynı, mətnləri və proqram təminatı Platformaya məxsusdur və icazəsiz surətinin çıxarılması qadağandır.
12.Məsuliyyətin məhdudlaşdırılması
12.1. Platforma məhsulun Müştəriyə çatdırılmasına cavabdehdir. Məhsulun istehsalçısı və ya üçüncü tərəf platforma (oyun şirkəti, abunəlik xidməti və s.) tərəfindən tətbiq edilən qaydalara, hesabın bloklanmasına, xidmətin dəyişdirilməsinə və ya dayandırılmasına görə Platforma məsuliyyət daşımır.
12.2. Platformanın məsuliyyəti hər halda müvafiq sifariş üzrə Müştərinin ödədiyi məbləğlə məhdudlaşır.
12.3. Tərəflər fors-major hallarına (təbii fəlakət, internet və ya enerji təchizatında kütləvi kəsinti, dövlət orqanlarının qərarları, ödəniş sistemlərinin nasazlığı və s.) görə öhdəliklərin icra olunmamasına görə məsuliyyət daşımır.
13.Tətbiq olunan hüquq və mübahisələrin həlli
13.1. Bu Şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.
13.2. Mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir. Razılıq əldə olunmadıqda Müştəri istehlakçı hüquqlarının müdafiəsi üzrə səlahiyyətli dövlət orqanına və ya Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.
14.Şərtlərin dəyişdirilməsi
14.1. Platforma bu Şərtləri birtərəfli qaydada dəyişə bilər. Yeni redaksiya saytda dərc olunduğu andan qüvvəyə minir və səhifədə "Son yenilənmə" tarixi göstərilir.
14.2. Dəyişiklikdən sonra saytdan istifadəni davam etdirmək yeni redaksiyanın qəbul edilməsi deməkdir.
Sualın qaldı?
Sağ aşağı küncdəki canlı çatda bizə yaz — dəstək komandamız hər gün 11:00–00:00 arası cavab verir.

