
Steam balansını necə artırmaq olar? Login ilə 1–2 dəqiqəyə avtomatik
Steam-də oyun almaq və ya endirimlərdən yararlanmaq üçün balansını DolPh Game ilə saniyələr içində artır. Steam balans artır səhifəsində Steam login-ini yaz, məbləği seç — balans 1–2 dəqiqəyə hesabında, 7/24 avtomatik.
Steam balansı necə artırılır?
- Steam balans artır səhifəsini aç.
- Steam login-ini (giriş adını) yaz — sistem ödənişdən əvvəl onu yoxlayır ki, səhv hesaba göndərmə riski olmasın.
- Artırmaq istədiyin məbləği seç və ödənişi tamamla.
- Balans avtomatik olaraq Steam hesabına yüklənir.
Login ilə Steam ID fərqi
Bizə login lazımdır — Steam-ə daxil olarkən yazdığın giriş adı. Profil linkindəki rəqəmlərdən ibarət Steam ID qəbul edilmir. Login yalnız latın hərfləri və rəqəmlərdən ibarətdir, boşluq olmur.
Hansı hesablar dəstəklənir?
Xidmət MDB regionu, yalnız USD Wallet olan Steam hesabları üçündür. Kod istəyirsənsə, Steam Gift Card bölməsinə bax.
Hansı ödəniş üsulları var?
- Balans və ya bank kartı (Visa, Mastercard)
- M10 QR və Birbank QR
- MilliÖN və eManat terminalları — artıq ödənən məbləğ avtomatik balansına əlavə olunur və növbəti sifarişdə istifadə edilir
Bütün üsullar haqqında ətraflı: Balans artır.
Sualın var? Dəstək komandamız hər gün 11:00–00:00 arası əlaqədədir.
Tez-tez verilən suallar
Steam balansı nə qədər vaxta yüklənir?
Login və məbləği yazıb ödədikdən sonra balans adətən 1–2 dəqiqəyə hesabınızda olur, 7/24 avtomatik.
Steam ID yoxsa login lazımdır?
Login (giriş adı) lazımdır, Steam ID (rəqəmlər) qəbul edilmir. Login ödənişdən əvvəl yoxlanılır.
Hansı Steam hesabları dəstəklənir?
MDB regionu, yalnız USD Wallet olan Steam hesabları.

